Interposta.Info

Aprel savaşına görə Bakıya təşəkkür... -

Müxtəlif
 16-01-2017, 08:25     756

Aprel savaşına görə Bakıya təşəkkür... -
20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Yalnız vaxtı uzatmaq qalır.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Aqasi Yenokyan deyib.

Onun sözlərinə görə, 2016-cı il ermənilərə Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini xatırlatdı:

“Əvvəl biz yaşayırdıq, işləyirdik və 20 il boyunca dövlətin o fərziyyəsinə inanırdıq ki, münaqişə həll edilib, sadəcə vaxtı uzatmaq lazımdır. Aprel müharibəsi isə göstərdi ki, illər boyu bizə yalan danışıblar və hər şey deyildiyi kimi deyil. Belə çıxır ki, bizim gözlərimizi açdığı üçün düşmən hesab etdiyimiz Azərbaycana minnətdar olmalıyıq”.

Erməni politoloq qeyd edib ki, Ermənistan münaqişənin həlli üzrə hərəkət etmir.

“Aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin nizama salınmasında iki mərhələ baş verdi. Birinci mərhələdə Ermənistan münaqişənin həll olunması məsələsinə razılaşdı.

İkinci mərhələdə isə Azərbaycan təmasları artırmaq istiqamətində işlədi, lakin Ermənistan görüşlərdən çəkindi. Hərbi paradda hakimiyyət “İsgəndər”ləri nümayiş etdirərək, bizi əmin etməyə çalışdı ki, Azərbaycandan üstünük. Lakin reallıq fərqlidir. Həmçinin, ərazilərin qaytarılması məsələsi gündəmə gəldi. 2017-ci ildə Ermənistanda seçkilər gözlənilir və güman ki, ərazilərin qaytarılması, münaqişənin həlli məsələsi əsas müzakirələrdən biri olacaq. Bütün bunlara baxmayaraq, bizim münaqişənin həlli istiqamətində hərəkət etmədiyimiz dəqiqdir”, - o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26