Interposta.Info

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
 

Mədəniyyət
 16-04-2025, 18:22     21 713

Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək

Bu barədə “İnterPosta” Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.

Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26