Interposta.Info

 

Nəsibə Zeynalovadan danışan nəvəsi: “Son 7 ayda ayaqları qanqren verdi” - VİDEO

Mədəniyyət
 4-09-2023, 17:47     1 878

“Babam dünyasını dəyişəndən sonra 40-na qədər Nəsibə xanım insult keçirdi. Sonra xəstəxanaya yerləşdirdik, bir az sağaldı. İkinci dəfə yenidən insult oldu. Bu xəstəliklər onun səhhətini pisləşdirdi. Ölümündən bir il əvvəl isə yaddaşını itirməyə başladı. Şəkər xəstəsi olduğu üçün son 7 ayda ayaqları qanqren verdi. Biz fikirləşdik ki, bəlkə onu əməliyyat etdirək, amma həkimlər dedilər ki, onun ürəyi tab gətirməz”.

Bu sözləri mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə xanım deyib.

“Astar” layihəsinə qonaq olan Nəsibə xanım nənəsinin son günlərində tamamilə arıqladığını və xəstəliyinin onu əldən saldığını bildirib:
“Son günləri idi və mən onu görməyə gəldim. İnsan bir həftə ərzində bu qədərmi dəyişər? Qupquru qurumuşdu. Sonuncu dəfə onun səhhəti ilə məşğul olan xanım var idi. O, otağa girib, gəlib bizə dedi ki, Nəsibə xanım artıq həyatda yoxdur. Həmin an divarda yaşıl saat var idi. Baxdım ki, əqrəbləri dayanıb”.

İnterPosta.info
[media=https://baku.tv/embed/96425]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26