Rasim Balayev Prezidentlə görüşdən danışdı
"Prezident İlham Əliyevlə görüşdən xoş təəssüratla ayrıldım”.
"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşündən danışarkən deyib.
Aktyor görüşlə bağlı geniş danışmaq istəmədiyini bildirib: "Görüş telekanallarda yayımlanacaq, oradan baxarsınız. Mən görüşlə bağlı heç nə deyə bilmərəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevi qəbul edib. Prezident görüşdə Xalq artistinə "İstiqlal” ordenini təqdim edib.
Xatırladaq ötən gün Prezident İlham Əliyev 75 illik yubileyi münasibətilə Xalq artisti Rasim Balayevi "İstiqlal” ordeni ilə təltif edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26