Interposta.Info

Nazir müavininin qaynanası İctimai Şuradan istefa verdi

Mədəniyyət / Manşet
 22-07-2023, 11:38     2 097

Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, o, öz istəyi ilə bu gün İctimai Şuradan istefa verib.

"Mən bundan əvvəl də təşkil edilən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu dəfəki seçkidə də düşündüm ki, mədəniyyətə xidmət edən, mədəniyyət paytaxtımız Şuşanın rəmzlərindən biri sayılan Xan Şuşinskininn adını daşıyan fondun rəhbəri olaraq şurada iştirakımla mədəniyyətimizə bacardığım qədər töhfə verə bilərəm. Bu gün seçkilərlə bağlı yayılan şayiələr məni çox məyus edir”, - Xalq artisti istefa ərizəsində qeyd edib.

Xatırladaq ki, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva bir neçə gün öncə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişdi.

Qeyd edək ki, Bəyimxanım Cavanşirova-Verdiyeva mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.



Murad Hüseynov

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26