Interposta.Info

Zeynəb Xanlarova haradadır? (AÇIQLAMA)

Mədəniyyət
 19-12-2022, 11:52     1 839


Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycanı tərk etməsi barədə xəbər yayılıb. Bildirilir ki, 85 yaşlı sənətçi bir müddət əvvəl ölkədən köçüb. Onun İstanbulda - Nişantaşındakı evində qaldığı bildirilirş. Sənətkar yalnız iş və digər məsələlərlə bağlı Bakıya müvəqqəti gəldiyi deyilir.

Məsələ ilə bağlı Zeynəb Xanlarovanın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Sənətçinin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova isə manset.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirib:

"Zeynəb xanım, mənim əziz bibim, hazırda Nardaranda evində oturub. Azərbaycandadır. Heç bir yerə də getməyib".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26