Interposta.Info

"Azdrama"nın aktyorları koronavirusa yoluxdu, teatr bağlandı

Mədəniyyət / Manşet
 26-01-2022, 15:47     16 652

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo-ya teatrdan məlumat verilib.

Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26