Interposta.Info

Beynəlxalq Muzeylər Günü - FOTO

Mədəniyyət
 21-05-2020, 21:51     629

Muzeylər –son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər – bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır.
Beynəlxalq səviyyədə, hər ilmuzeylərin şərəfinə qeyd edilən tematik bayram keçirilir. Bütün dünyada “Muzeylərgecəsi” kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.
COVID-19 koronaviruspandemiyası səbəbindən bu il ənənəvi “Muzeylər gecəsi” beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalaraq, bu dəfə qeyri-adi formatda keçirildi.
19 may tarixində, YARAT Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə, multimedia layihəsini həyata keçirdi.
Proqramda auditoriyayaeksklüziv rəsm əsərlərinintoplusutəqdim olundu. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə etdilər. ƏsərlərAzərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, MarkRotkoİncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya)və YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olundu.
Yuxarıda qeyd olunan muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlərşəhər sakinlərinə,onların yaşadıqları məkanlardavideoproyeksiyalar vasitəsi ilə nümayiş etdirildi.Tədbir zamanıətraf binaların sakinləri mənzillərinin pəncərələri və eyvanlarından evdən çıxmadanbu təqdimatı müşahidə edib, əsərlərlətanış oldular.Həmçinin axşam evlərinin yaxınlığında gəzişən Bakı sakinləri üçün keçirilən bu aksiya gözlənilməz bir sürprizə çevrildi.
Əsərlərin videotəqdimatı Bakının 4 müxtəlif məkanlarında baş tutdu. 6 muzey kolleksiyasından sənət əsərlərinin binalara proyeksiyası, şəhər həyatınarəng qatdı. Bu qeyri-adi hadisəşəhər sakinlərindəzəngin təəssürat oyadaraq,böyük marağa səbəb olub.
Layihənin tərəfdaşları: PLATFORMA Art, Yasamal rayon icra hakimiyyəti, Macarıstan Səfirliyi, Latviya Səfirliyi, Bakı Höte-Mərkəzi və Azərbaycan Dövlət Xalça Muzeyi.
“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26