Interposta.Info

“Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq

Mədəniyyət
 22-10-2019, 16:33     10 408

Ölkəmizdə elan olunan "Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən "Dədə Qorqud” ansamblının da böyük Azərbaycan şairinin 650 illik yubileyinə öz töhfəsi var.

"İnterPosta.info" xəbər verir ki, "Dədə Qorqud” ansamblı oktyabrın 23-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində "Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə təşkil edəcək.

Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan bu tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və "Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səslənəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26