Interposta.Info

Azərbaycanda yeni fond yaradılır

Mədəniyyət
 28-09-2018, 21:50     10 577

Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və sığorta şirkətləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimində deyib.

S.Babayev bildirib ki, fond nazirlik yanında fəaliyyət göstərəcək: "Fondun məqsədi əməyin mühafizəsi sahəsində profilaktik tədbirlər aparmaq, əməyin mühafizəsi üzrə norma, standart və qaydaları tərtib etməyə dəstək göstərməkdir”/modern.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26