Interposta.Info

Xalq artistinin rus qadından olan oğlunun - Fotosu

Mədəniyyət
 8-11-2017, 07:45     7 384

Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan oğlunun fotosu yayılıb.

Kult.az xəbər verir ki, fotonu Rus Dram teatrının aktyoru Elşad Süleyman Feysbuk səhifəsində paylaşıb. Ata-oğul sanki bir almanın iki üzüdür.

Yeniçağ.az-a açıqlama verən E.Süleyman fotonu Smolensk şəhərində çəkdiyini bildirib:

"Mən orada bir ziyafətdə iştirak edirdim. Hacıbaba Bağırovun oğlunu da qonaqlara orda təqdim etdilər. Adı Aleksandrdır, onunla bağlı başqa məlumat bilmirəm".

Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahlardan 3 övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu "Saşa" deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.

Xalq artistinin Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var.

interposta.info bildirir ki, Aleksandr 64, Lalə 55, Şölə isə 15 yaşındadır.

Xalq artistinin rus qadından olan oğlunun - Fotosu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26