Interposta.Info

Azərbaycanlı aktyor "KamAz"ın altında qaldı -

Mədəniyyət
 24-10-2017, 07:23     10 625

Abdullayev çəkildiyi təhlükəli səhnələrdən danışıb.

Milli.az-a açıqlama verən aktyor bütün çəkilişlərində ölümlə üz-üzə qaldığını bildirib.

"Əslində çəkildiyim bütün filmlərdə böyük təhlükələrlə üzləşirəm. Bütün bu tryukları edəndə böyük həyəcan hissi keçirirəm, bir anlıq fikirləşirəm ki, ölümə gedirəm. Biz nə qədər təhlükəni azaltsaq, yenə də burada təhlükə var. "KamAz"ın altında qalmaq kənardan asan görünsə də, mənim üçün ən çətin tryuk idi. Çünki "KamAz"ın altındakı dəmir köynəyimi sürtüb keçirdi. "KamAz"ın altında uzanmaq çox təhlükəlidir, o ki qalsın sürətlə hərəkət edəndə. Birinci dəfə yoxlayanda durub qaçdım. Çünki kənardan çox vahiməli görünürdü" - deyə aktyor qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26