Interposta.Info

Xanım deputat komitə sədrinin portretini çəkdi

Mədəniyyət
 16-08-2017, 18:41     10 767

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva parlamentin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynova doğum günü münasibətilə çəkdiyi rəsmini hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, xanım deputat rəsm əsərini sosial şəbəkədə nümayiş etdirərək həmkarı Rafael Hüseynova təbrik ünvanlayıb.

Rəsmdə Rafael Hüseynovun öz portreti ilə yanaşı Məhəmməd Füzuli, o cümlədən klassikamızın nadir incilərindən parçalar əks olunub.

Qeyd edək ki, Rafael Hüseynovun avqusun 12-də 62 yaşı tamam olub.

interposta.info
Xanım deputat komitə sədrinin portretini çəkdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26