Interposta.Info

Alim Qasımov:

Mədəniyyət
 16-03-2017, 11:13     1 995

Xalq artisti Alim Qasımov martın 9-10-da Tehranda Homay Pərvaz adlı şəxslə verdiyi konsertdən sonra yaranmış narazılıqdan danışıb.

Sənətkar Ölkə.az-a bildirib ki, birgə konsert verdiyi şəxsi tanımasa da, sənətini bəyənir:

"Güneydəki soydaşlarımız da konsertə gəlməli, Azərbaycan musiqisini eşitməlidirlər. Homay Pərvaz kimdir, nə səviyyədədir, bilmirəm. Amma çalışqan uşaqdır, sözləri yazır, bəstəkarlıq edir. Sənətini də bəyənirəm. Özünə məxsus yolu var, enerjili adamdır".

Konsertin afişasında "İki divanənin cəncəli" yazılmasına güneyli soydaşlarımızın "iki divanənin yox, bir təlxəklə bir divanənin konserti" formasında reaksiyasına isə xalq artisti belə münasibət bildirib:

"Divanə öz sənətinin aşiqi deməkdir. Burada məsələyə hansı yöndən baxmaq önəmlidir. Paxıllıqla baxırsansa, təlxək kimi görürsən, humanist baxırsansa başqa məsələdir".

Alim Qasımov Homay Pərvazın "muğam farslarındır, azərbaycanlılar onu öz ləhcələrində oxuyurlar" ifadəsinə isə belə reaksiya verib:

"Elə söz eşitməmişəm. Əgər eşitsəydim, orada cavabını verərdim. Muğam bizimdir, sizindir ola bilməz. Muğam Şərqindir, hərə də öz dilində oxuyur".

Xatırladaq ki, martın 9-10-da Tehranda keçirilmiş konsert İranda yaşayan azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar moderator.az-a açıqlamalarında bildiriblər ki, Homay Pərvaz sənəti olmayan və yüksək maliyyə imkanlarına sahib şəxsdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26