Interposta.Info

"Rasim Balayevə görə işimi atıb televizora baxmaram" deyən aktyora —

Mədəniyyət
 22-02-2017, 18:15     957

"Rasim Balayevə görə işimi atıb televizora baxmaram" deyən aktyora —

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artisti Əli Nur Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti İlham Əsədovun xalq artisti Rasim Balayev haqda səsləndirdiyi fikirlərə münasibət bildirib
interposta.info bildirir ki, Ə.Nur "Ölkə.Az"-a açıqlamasında Əsədovun səhv etdiyini deyib:

"Azərbaycanın bütün sənətçilərinə çox isti və dərin hörmətim var. Ola bilər kiminsə fikrini qəbul edərəm, kiminsə fikrini yox. Ancaq sənətkar, xüsusən də teatr sənətçisi olduqları üçün, ağır tale yoldaşlarım olan aktyorların bütün fikirlərini müsbət qəbul edirəm. Lakin İlham Əsədov Rasim Balayev haqda o fikri səsləndirməkdə böyük səhvə yol verib.

Nizami, Füzuli, Nəsimi, Xaqani, Səməd Vurğun, Mikayıl Müşfiq ədəbiyyat klassiklərimizdirsə, Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Məlik Dadaşov, Həsənağa Turabov, Əli Zeynalov, Həsənağa Salayev də bizim teatr, mədəniyyət klassiklərimizdir, onlara hörmətlə yanaşmalıyıq. Eramızdan əvvəl imperator Perikil deyirdi ki, teatrı olmayan şəhəri şəhər saymıram. Deyirdi, teatr insana çörək qədər vacibdir. Höte deyir ki, xalqı millət etmək üçün birinci teatr yaratmaq lazımdır. Ola bilsin ki, İlham Əsədov cavanlığına salıb. Rasim Balayev bizim klassikimizdir, qəhrəmanlıq simvolumuzdur. Nəsimisi, Babəki, Beyrəyidir. Gənclik xətadır, səhvdir. Arzu edərdim ki, o səhvini düzəltsin. Rasim Balayev tək bir Nəsimi roluyla özünə heykəl qoyub. Bir gənc aktrisanın Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova haqda belə söz deməyi, bu, bizə bağışlanmaz səhvdir. Onlar Azərbaycanı dünya miqyasında təbliğ edən korifeylərdir. Balayev də bu məktəbin üzvüdür".

Xatırladaq ki, İlham Əsədovun "Ölkə.Az"-a bu müsahibəsində "Rasim Balayevə görə işimi atıb televizora baxmaram" fikri sosial şəbəkələrdə narazılığa səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26