Interposta.Info

Canəli Əkbərovdan həmkarlarına CAVAB —

Mədəniyyət
 6-02-2017, 19:32     795

Canəli Əkbərovdan həmkarlarına CAVAB —

Xalq artisti Canəli Əkbərov Muğam Televiziya Müsabiqəsinin münsiflərinin onu münsif kürsüsündə görmək istəməməsinədən danışıb

interposta.info bildirir ki, Sənətkar "Ölkə.Az"-a açıqlamasında bildirib ki, onun heç kimlə intriqası yoxdur:

"İstərdim ki, məni niyə münsiflər heyətində görmək istəməməklərinin səbəbini onlardan soruşasınız. Əgər cavab verə bilməsələr, Allahdan soruşun. Deyiblər ki, münsif olmaqdan imtina edəcəyik? Etsinlər də. Müsəlmandır da, hər şey danışa bilər. Əgər müsəlman belə danışmasa, rəftar etməsə, o müsəlman olmur".
Xatırladaq ki, müsabiqənin münsifləri-xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov unikal.org-a açıqlamalarında C.Əkbərovun münsiflər heyətində olacağı halda, münsiflikdən imtina edəcəklərini bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26