Bacısının evindən 16 min manat oğurlandı
Əməkdar artist Mətanət İsgəndərlinin bacısı, müğənni Sədaqət İsgəndərlinin evi qarət olunub.
Goldmedia.az xəbər verir ki, hadisə nəticəsində evdən 16 min manat pul oğurlanıb. Bu barədə Mətanət İsgəndərli "Xəzər axşamı” verilişində danışıb.
O bildirib ki, baş verən hadisə səbəbindən bacısı proqramda iştirak edə bilməyib:
"Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

