Interposta.Info

Türkiyənin sevilən pop ulduzu Hadisə 11 aprel tarixində Bakı Konqres Mərkəzində səhnə alacaq

Maqazin / Manşet
 10-04-2026, 09:20     131

Türkiyənin pop musiqi səhnəsinin parlaq simalarından biri olan Hadise, 11 aprel tarixində Bakı Konqres Mərkəzi səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Müasir pop musiqisinin ən sevilən ifaçılarından olan sənətçi, Azərbaycandakı pərəstişkarları ilə yenidən görüşəcək.

Goldmedia.az-ın məlumatına görə, Hadisə yalnız mahnıları ilə deyil, eyni zamanda dinamik səhnə performansı, rəngarəng şouları və tamaşaçı ilə qurduğu xüsusi ünsiyyətlə də seçilir. Onun konsertləri hər zaman yüksək enerji, canlı ifa və vizual effektlərlə yadda qalır. Bakıdakı bu konsertdə də ifaçı ən məşhur hitlərini səsləndirərək dinləyicilərinə unudulmaz anlar yaşadacaq.

Tədbirə marağın böyük olması gözlənilir. Buna görə də təşkilatçılar biletlərin məhdud sayda olduğunu bildirir və konsertdə iştirak etmək istəyən hər kəsə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Qeyd edək ki, Hadisənin Bakı səhnəsində çıxışı musiqisevərlər üçün ilin ən yaddaqalan hadisələrindən biri olmağa namizəddir. Enerji dolu gecə, sevilən mahnılar və möhtəşəm şou ilə dolu bu konsert uzun müddət yaddaşlardan silinməyəcək.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26