Röya Aygünün mahnısını oxuyacaq
Müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adını sir saxlayıb:
"Mahnı seçdim və oxudum. Yayda təqdim ediləcək. O mahnı çıxanda siz hələ çox balaca idiniz. 1980-ci illərin sonunda oxunan mahnıdır".
Qeyd edək ki, Aygün Kazımovanın sənət fəaliyyətinin 40 illiyinə həsr edilən "Best of Aygün" albomunun ikinci hissəsi aprelin 10-da təqdim ediləcək. Albomda 40 ifaçı yer alacaq. Onlar Kazımovanın repertuarında olan 40 hiti oxuyublar./Axşam.az
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

