Interposta.Info

Azadlığa buraxılan tiktoker yenidən saxlanıldı

Maqazin
 24-01-2025, 15:17     34 926

"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov yenidən polis tərəfindən saxlanılıb.

"İnterPosta" Oxu.az-a istinadən xəbər verir ki, R.Süleymanov 2023-cü il noyabrın 27-də saxlanılaraq, 45 sutka həbs cəzası almışdı. Yanvarın ikinci ongünlüyündə həbs müddəti bitdiyi üçün azadlığa buraxılan R.Süleymanov bu gün polis bölməsinə aparılıb.

09:48

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.

"İnterPosta" Oxu.az-a istinadən xəbər verir ki, "Sako" ləqəbli Sadiq İsmayılov və "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.

Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26