Hicabsız konsert verdi, cinayət işi açıldı (VİDEO)

İranda Pərəstu Əhmədi adlı gənc müğənninin karvansaraların birində hicabsız konsert verməsi sosial şəbəkələrdə paylaşıldıqdan sonra xanım və konsertin təşkilatçılarına Ədliyyə-Məhkəmə Sistemində cinayət işi açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radio Farda" məlumat yayıb.
Pərəstu Əhmədinin konserti isə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edib və bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığını yazıblar.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26