Interposta.Info

Xalq artisti: "Çox gərgin idim, özümü pis hiss edirdim"

Maqazin
 13-08-2024, 19:13     27 654

Xalq artisti Naibə Allahverdiyeva istirahətə yollanıb.

Aktrisa "İnterPosta"-ya açıqlamasında hazırda Nabranda dincəldiyini söyləyib:

"Nabrandayam, havası çox gözəldir. Buranı çox sevirəm, həm meşədir, həm də dəniz. Adama ləzzət edir havası. Çox gərgin idim, özümü pis hiss edirdim. Dedim şəhərdən qaçım kənara, bir az dincəlim. İndi səhhətim normaldır. Bunların hamısı yorğunluqdandır. Bu ayın sonuna kimi Nabrandayam".


Naibə Allahverdiyeva sentyabrın əvvəlində işdə olacağını açıqlayıb:

"Sentyabrın 3-də iş başlayır. Yeni teatr mövsümü açılacaq. Yeni rollar, yenə də gərgin iş rejimi bizi gözləyir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26