Interposta.Info

Məşhur model özündən 13 yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı (FOTOLAR)

Maqazin
 15-02-2024, 15:18     50 427


44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya 31 yaşlı azərbaycanlı sahibkar Ruslan Həsənovdan ayrılıb.

"Qafqazinfo” xəbər verir ki, Bonya bu haqda instaqramda bildirib:

"Biz daha birlikdə deyilik. Biz Ruslan Həsənovla bir-birimizə böyük hörmətlə yanaşırıq və bizim ayrılığımız mübahisələrlə, satqınlıqla və ya digər səbəblərlə əlaqəli deyil.

Biz son bir neçə ili bir-birimizə sadiq qalaraq keçirdik. Əminəm ki, bu, uzun və gözəl həyatda taleyin bizi tanış etdiyinə görə həmişə şad olacağıq.

Biz bir-birimizdən çox şey öyrəndik. Lakin həyatın indiki məqamında görürəm ki, bu yolun davamını ayrı-ayrı getmək daha yaxşıdır.

Ümumiyyətlə, insanların bir-birinə rast gəlməsi və sevərək tərk etməsi elə gözəldir ki! Bu, münasibətlərin incəsənətidir – insanlar hətta birlikdə olmadıqda da bir-birini qoruyub saxlaya bilir!”

Xatırladaq ki, daha əvvəl R. Həsənov toy haqda açıqlama verərək onu Azərbaycan ənənələri ilə etmək istədiyini bildirmişdi.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26