Interposta.Info

Azərbaycanlı məşhurlar 17 il əvvəl (FOTO)

Maqazin
 31-01-2024, 12:22     22 280

Aktrisa Zümrüd Qasımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

O, şəxsi "Instagram" hesabında arxiv fotosunu paylaşıb.

17 il əvvəlki şəkil "ANS TV"də yayımlanan "Qızlar" serialının çəkilişi zamanı lentə alınıb.

Fotoda Əməkdar artistlər Hüsniyyə Mürvətova, Əməkdar artist Vəfa Zeynalova da yer alıblar.

Qasımovanın bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Aktrisaların illər ərzindəki dəyişimi müzakirələrə səbəb olub.
Xatırladaq ki, "Qızlar"ın əsas rollarında Əməkdar artist Vəfa Zeynalova, Xalq artisti Şamil Süleymanlı, Əməkdar artist Hüsniyyə Mürvətova, Zümrüd Qasımova və başqaları çəkiliblər.

Serialda dörd müxtəlif xarakterli qadının həyatı və onların timsalında xanımların cəmiyyətdəki rolundan, sosial problemlərindən, qarşılaşdıqları çətinliklərdən bəhs olunur.//baku.ws

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26