Interposta.Info

Mələkxanım qardaşı oğlunu qızının nişanına çağırmamasının səbəbini açıqladı

Maqazin
 19-10-2023, 09:29     20 338

Müğənni Ramal İsrafilov bir neçə gün əvvəl bibisi, Xalq artisti Mələkxanım Eyubovanın onu qızı Nəzrinin nişan məclisinə dəvət etmədiyini bildirmişdi.

"İnterPosta" xəbər verir ki, sənətçi "7 tamam" verilişində məsələyə aydınlıq gətirib. O, nişanın ailə arasında keçirildiyini qeyd edib:

"Ramal ailəmizin gözü, başımızı tacıdır. Övladlarım Hökümənin və Cəfərin də toylarını Ramal aparıb. Onsuz bizim heç bir işimiz olmayıb. Nişanda ancaq Nəzrinin rəfiqələri, oğlan və qız evi oldu. İstədik ki, heç kim bilməsin. Ramalın şənbə günü toyu var idi. Amma Nəzrinin toyunda Ramal orada olacaq".

Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla nişanlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26