Interposta.Info

Şakira 6,3 milyon dollar vergi fırıldaqçılığında şübhəli bilinir

Maqazin
 26-09-2023, 18:33     784

Müğənni Şakira İspaniyada yenidən vergi fırıldaqlarında şübhəli bilinib.

Qaynarinfo xəbər verir ki, bu barədə EFE (efe.com) agentliyi məlumat yayıb.

İspaniya prokurorları kolumbiyalı müğənni Şakiranı 2018-ci ildə 6 milyon avrodan çox (indiki məzənnə ilə təxminən 6,3 milyon dollar) vergidən yayınmaqda şübhəli bilirlər. Mənbənin sözlərinə görə, dövlət qurumları ulduzun ofşor zonalarda yerləşən şəbəkədən istifadə edərək dələduzluq etdiyini qeyd edib.
2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin vergiləri ödəmədiyinə görə 23 milyon avro cərimələnməsini istəyib. Öz növbəsində ifaçı israr edir ki, onun İspaniya hakimiyyət orqanlarına ödənilməmiş borcları yoxdur.

Şakira hesab edir ki, ispan prokurorları ona qarşı qarayaxma kampaniyasına başlayıb və şəxsi toxunulmazlıq hüququnu pozublar. Müğənni iddia edir ki, 2012-2014-cü illər arasında İspaniyanın vergi rezidenti olmayıb - o, bu müddət ərzində 14 milyon dollardan çox gəlir vergisi ödəməməkdə ittiham olunur. Şakiranın sözlərinə görə, vergi rezidenti statusunu yalnız 2015-ci ildə alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26