Interposta.Info

 

Əfsanəvi “The Eagles” qrupunun üzvü vəfat etdi - FOTO

Maqazin
 28-07-2023, 15:35     953

Əfsanəvi “The Eagles” musiqi qrupunun üzvü Rendi Meysner vəfat edib.

Amerikalı bas gitara ifaçısı və müğənni 77 yaşında ağciyərin xroniki obstruktiv xəstəliyindən qaynaqlanan ağırlaşmalar səbəbindən dünyasını dəyişib.

1971-ci ildə məşhur “The Eagles” musiqi qrupunun yaradılmasında rolu olan Rendi Meysner daha sonra “Take It To The Limit” mahnısını ifa edib və eyni zamanda da mahnının yazılmasına kömək edib.

Rendi Meysner, həmçinin, qrupun meqahitləri olan “Hotel California” və “The Best Of My Love” mahnılarının ərsəyə gəlməsinə də öz töhfəsini verib.\haberglobal

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26