Interposta.Info

Əməkdar artistin xanımı: “Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin”

Maqazin
 17-05-2023, 14:48     1 170

Aylar əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişdə müğənni Vüqar Muradov iddia edib ki, müğənni Elçin Cəfərovu narkomaniyaya qurşandıran Əməkdar artist Natiq Nuriyev olub. Müğənninin bu açıqlamasından sonra skripka ustadı qarşı tərəfi məhkəməyə verib və ondan üzr istəməsini, eyni zamanda yüksək məbləğdə mənəvi təzminat tələb edib.

Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı Natiq Nuriyevlə əlaqə saxlayıb. Dəstəyi qaldıran Əməkdar artistin həyat yoldaşı Sevinc Nuriyeva bildirib ki, Vüqar Muradov prosesi uzatmağa çalışır:

“Məhkəmə prosesi hələ davam edir. Bu ay qətnaməyə yenidən baxılacaq. Bizim qarşı tərəfdən tələbimiz təkcə üzr istəmək deyil, eyni zamanda mənəvi təzminatın ödənilməsidir. Təzminatın məbləği barədə məlumat verə bilməyəcəyəm. Məhkəmə yekunlaşandan sonra bu barədə sizə deyəcəyəm. Bir neçə dəfə məhkəmə olub. Vüqar üzrxahlıq etmək istədiyini bildirsə də, biz razı olmamışıq. Hakim onun səhhətinin pis olduğunu görüb dedi ki, get onlarla barış. Çünki bu məsələdə sən günahkarsan. O, bu barədə vəkilimizlə də danışıb. Lakin biz onun üzrünü qəbul etmədik və etməyəcəyik.
Mayın 12-də məhkəmə olmalı idi. Amma proses başqa zamana keçirildi. Vüqar özü də məhkəmə prosesini uzadır. Gah deyir ki, xəstəyəm, gah deyir ki, özümlə şahid gətirəcəyəm. Amma onun heç bir şahidi yoxdur. Bu kimi məsələlərlə prosesi uzadır. Amma yaxın günlərdə dediyim kimi, yenidən baxış olacaq və qərar qəbul olunacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26