Interposta.Info

Elza onu tənqid edən bacısına şeirlə cavab verdi

Maqazin
 20-04-2023, 09:19     1 243

Əməkdar artist Elza Seyidcahan bacısının onun haqqında söylədiyi fikrə münasibət bildirib.

Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Əməkdar artist Elza Seyidcahan ilə danışıb.

Xatırladaq ki, ötən günlərdə Elza Seyidcahanın bacısı Lalə Seyidcahan televiziya proqramlarından birinə açıqlama verib. O, Elza Seyidcahanın bütün bacıların, uşaqların psixologiyasını pozduğunu deyib. Onun nəsillərini biabır etdiyini dilə gətirib.

Əməkdar artist hər şeyin qaydasında olduğunu bildirib:

"Məni sevənlər narahat olmasınlar. Hər şey yaxşıdır. O, aprelin 1-də gülüş gününə həsr olunmuş serialdan çəkilmiş bir parçadır.

Mənim həyatım "çoxmərtəbəli binanın, sonuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir”. O üzdən mən burada fikrimi Cabir Novruzun şeiri ilə tamamlayacağam:

Ərzə qədəm qoyan yerdə, Bataydı qundağın şərdə

Hər şey gördün bu əsrdə, Cabir, bu da azdı sənə!

Nə biclik, nə yalan bildin, Nə pislik nə haram bildin

Sən hamını adam bildin, Cabir, bu da azdı sənə!

Hamı sındı sən sınmadın, Durdun dözdün sarsılmadın

Heç nə sənə dərs olmadı, Cabir, bu da azdı sənə, Cabir, bu da azdı sənə!”

Bəstəkar sonda növbəti konsert proqramına hazırlaşdığını qeyd edib:

"Bu dəqiqə növbəti konsert proqramına hazırlaşıram. Mart ayında baş tutan konsertimin ab-havasından çıxmamışam. Vətənpərvər mövzuda silsilə konsert proqramı ilə sevənlərimin qarşısına çıxacağam. Qızğın məşqlər gedir”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan martın 28-də "Mahnılar və şeirlər” adlı konsert proqramı keçirib. Konsertdə yığılan pul Türkiyəyə ianə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26