Interposta.Info

Daha bir məşhur aparıcı "Space TV"dən ayrılır

Maqazin
 7-04-2023, 09:52     1 183

Aparıcı Zamirə Dadaşova illərdir çalışdığı "Space TV"dən gedir.

"İnterPosta" axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Aparıcı sözügedən kanalda yayımlanan və müəllifi olduğu "Açıq söhbət" verilişinin bağlandığını bildirib:

"Birinci gün "Space TV"dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim "Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum "Açıq söhbət" verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26