Interposta.Info

Dostları Oqtay Əliyevin arzusunu gerçəkləşdirəcək
 

Maqazin
 24-03-2023, 20:58     858

Xalq artisti Mübariz Tağıyev mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev barədə danışıb.

OLAY yazır ki, bu haqda sənətçi "7 canlı” verilişinə telefon zəngi ilə qoşularaq deyib.

"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə çox pis təsir etdi. Həyatsevər, vətənpərvər insan idi. "Yeni ulduz” layihəsindən danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Gec ya tez biz dostları onun bu istəyini həyata keçirəcəyik”, - deyə, Tağıyev bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26