Interposta.Info

Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir

Maqazin
 16-12-2022, 09:56     1 011

Müğənni İntizar Məmmədzadənin səhhətində ciddi problem yaranıb.

İfaçı MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bu haqda İ.Məmmədzadə "7 canlı" verilişində məlumat verib:

"MS deyilən bir xəstəlik var, məndə də aşkar olundu. Gözümdə problem yarandı, görmə qabiliyyətimi itirdim. Halsızıq var idi, yatmağa çox üstünlük verirdim, nəyisə qaldırmağa gücüm olmurdu. Bu xəstəlik zamanı həyat tərzini dəyişməlisən. Birinci Allaha, ikinci isə xanımıma minnətdaram ki, məni ayağa qaldırmağa kömək oldu".

Qeyd edək ki, Əməkdar artist Ehtiram Hüseynov da bu xəstəlikdən əziyyət çəkir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26