Interposta.Info

Ajda Pekkan yeddi saat əməliyyat olunub

Maqazin
 3-11-2022, 15:07     307

Evində yıxılaraq çanaq sümüyü sınan Türkiyənin pop-starı Ajda Pekkanın əməliyyatı yeddi saat çəkib.

Bu barədə 76 yaşlı müğənninin meneceri Oğuz Arınmış məlumat verib.

Onun sözlərinə görə, Pekkan təzyiqi ilə əlaqədar yıxılıb.

“Əməliyyat çox uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bir müddət dincəldikdən sonra qismət olsa, səhnəyə qayıdacaq. Amma çanağındakı çat səbəbindən noyabr ayındakı konsertləri ləğv etmək məcburiyyətində qaldıq”, - deyə o bildirib./Sabah/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26