Interposta.Info

Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Maqazin
 31-08-2022, 09:51     444

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert proqramı ilə çıxış edəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə o, yerli KİV nümayəndələrinə açıqlamasında deyib.

Ağalarovun sözlərinə görə, o, Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edəcək.

"Konsert əsgərlərimizin əhvali-ruhiyyəsini yüksəltmək məqsədilə keçiriləcək. Biz bunu çoxdan etmək istəyirdik. Əvvəl ora getmək təhlükəli idi və bizi buraxmırdılar. İndi belə bir imkanımız var. Bunu Vətəninə olan sevgisindən irəli gələrək təmənnasız edən çox sayda artistimiz var”, - o deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26