Interposta.Info

"Niyə dar günümdə yanımda olmadın?" -Manafdan Vasifə + VİDEO

 

Maqazin
 20-05-2022, 16:19     45 550

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev efirdə bir araya gəliblər.

Axşam.az xəbər verir ki, "Səhər mərkəzi" proqramında ad gününü qeyd edən Vasifi təbrikə gələn Manaf ondan incəmə səbəbini də açıqlayıb.

Manaf onun üçün hazırlanan suallar arasında birini seçərək "Qəşəngi budur, oxuyum. Niyə dar günümdə mənə dayaq olmadın" oxuyub. O, bir neçə dəfə sualı təkrarlayaraq Vasifə ünvanlayıb.

Vasif isə gülərək "Olmadım" sualını ünvanlayıb. "Əsas odur işıq gələn yer olsun. Bəzən ata ilə oğul arasında da inciklik yaşanır" deyə, manaf əlavə edib.

Qeyd edək ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub. İfaçı martın 5-də azadlığa çıxıb.

Həbsxanadan çıxdıqdan sonra sənətçi bir çox dostları ilə münasibətini bitirdiyini, incidiyini söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26