Interposta.Info

Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən getdi

Maqazin
 10-01-2022, 20:40     320

Adil Şirinov "Aurus" ASC-nin baş direktoru vəzifəsindən gedib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şirinov bu postu öz istəyi ilə tərk edib. Hazırda baş direktorun vəzifələrini əvvəllər şirkətin icraçı direktoru olmuş Nikolay Xodoseviç yerinə yetirir.

"Şirinov 2021-ci ilin dekabrında "Aurus” şirkətinin baş direktoru kimi karyerasını başa vurub. O, bu vəzifəni öz istəyi ilə tərk edib və bundan sonra diqqətini "UAZ PJSC” və "Sollers Ford” şirkətlərinin fəaliyyətinə yönəldəcək. Əvvəllər şirkətin icraçı direktoru olmuş Nikolay Xodoseviç baş direktor vəzifəsini yerinə yetirir”, - deyə yayılan açıqlamada bildirilir.

Qeyd edək ki, Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur. Həmyerlimiz 1993-1998-ci illərdə "OTİS Elevators”un Rusiyadakı nümayəndəsi olub.

Azərbaycanlı iş adamı "Sollers”dəki fəaliyyətinə qədər "RusPromAvto” ASC-də direktor, 1999- 2002-ci illərdə "Ford Motor Company” şirkətində çalışıb.

A.Şirinov 2019-cu ilin iyunundan "Aurus” avtomobil şirkətinin baş direktoru vəzifəsini yerinə yetirirdi. "Aurus” Rusiya Prezidenti, dövlət qurumları, nazirlər və digər vəzifəli şəxslər üçün avtomobil istehsalı ilə məşğuldur./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26