Mətanət boşanan oğlunu evləndirir (FOTOLAR)

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana yeni paylaşımı ilə diqqət çəkib.
"İnterPosta" xəbər verir ki, o, sosial şəbəkə hesabında keçmiş əri Kərimin və Aysel adlı xanımın adının yer aldığı tort fotosu paylaşıb.
Daha sonra Canana şəkillərə bunları da əlavə edib:
"Bu zaman nə demək lazımdır? Allah xoşbəxt etsin. Axır ki, illərlə qurduğun arzuya nail oldun. Mən Canana da sənə xeyir-dua verirəm. Sən o Mətanət İsgəndərlisən ki, 21 yaşında qıza üzük taxıb sonra onun başına 8 il oyun gətirmisən.
Hansı ki, mən Canana hər zaman sənin hörmətini saxladım. Balalarımı geri qaytar. Mən övladlarımı ögey anaya vermək üçün dünyaya gətirməmişəm”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26