Interposta.Info

Damlanın bu paylaşımı tənqid olundu (FOTO)

Maqazin
 13-12-2021, 10:10     309

Müğənni Damlanın sosial şəbəkə hesabındakı paylaşımı tənqid edilib.

Sənətçi qolunu kəsici alətlə kəsərək "Damla" yazan fanatına aid şəkli yayımlayıb. İfaçı pərəstişkarına müraciət edərək, bunları yazıb:

"Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm".

Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq, tənqid hədəfinə çevrilib. İstifadəçilər bu cür şəklin yayımlanmasını düzgün hesab etməyib.

Damla daha sonra paylaşımını silib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26