Interposta.Info

İki dəfə ailəsi dağılan Rəvan məşhur müğənninin qızı ilə eşq yaşayır? - FOTO

Maqazin
 24-11-2021, 22:22     82

Çoxdandır efirlərdə görünməyən müğənni Arzu Mələk "7 canlı" verilişinin qonağı olub.

Arzu qızı İlahənin də gözəl səsi olduğunu və onun da müğənniliklə məşğul olduğunu bildirib. İfaçı qızının efirlərdə görünmək istəmədiyini, özünə biznes qurmaq üçün maliyyə toplamaq məqsədilə müvəqqəti olaraq toylarda müğənnilik etdiyini sözlərinə əlavə edib.

Arzu Mələk qızı ilə bağlı danışarkən növbəti açıqlaması isə verilişə damğa vurub:

"Qızım bir çox sənətçilərlə toylara düşür. Bu gün də Elçin Cəfərovla toydadır. Müğənnilərin hamısı birgə aparmaq üçün toy deyirlər ona.
Keçid
Optimalda Sərfəlid

Rəvanı çox istəyirəm. Səmimi bir insanam, hər şey də səmimiyyətimdən irəli gəlir ki, etiraf edirəm. Bu gün də Rəvanla, Elşadla dostluq münasibətimiz hər şey öz yerindədir. Sadəcə olaraq o işbirliyi biraz kənara çıxdı, gördüm söz-söhbət oldu, ona görə qızımla Rəvanın işbirliyini dayandırdım. Bu gün kim kimləsə iş birliyi edirsə, görürsən ki, ətrafda barələrində söz-söhbət dolaşır".

Xatırladaq ki, Rəvan Qarayev buna kimi iki dəfə ailəli olub. Müğənninin hər iki evlilikdən övladları var./hit.az

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26