Interposta.Info

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR

Maqazin
 7-10-2021, 10:26     398

Ötən gün Xalq artisti Brilliant Dadşovanın bacısı oğlu Mahmudov Zaur Arif oğlu həbs olunub. Narkotik satışında ittiham edilən Zaur 5 il müddətində azadlıqdan məhrum edilib.

Onun haqqında sosial şəbəkələrdə yeni məlumatlar yayılıb.

Belə ki, Zaurun I Qarabağ müharibəsi zamanı Tərtərdə düşmənlə üzbəüz mövqeydə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir.

Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə 2 dəfə ağır kantuziya alıb, o cümlədən başına 17 tikiş qoyulub. Onun ayaq nahiyəsində də iri tikişlər var.

Qeyd edək ki, ötən gün hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Qərara əsasən, Zaur Mahmudov 5 il müddətinə həbs edilib. Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib./baku.ws

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26