Interposta.Info

Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdi

Maqazin
 19-03-2021, 11:25     583


Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

"İnterPosta" "Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda mərhumun yaxın dostu və həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını deyib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

"Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26