Interposta.Info

"Şou-biznesdə çox az kişi var" - Eltondan qalmaqallı açıqlama

Maqazin
 22-02-2021, 15:15     569

Müğənni Elton Hüseynəliyev şou-bizneslə bağlı qalmaqallı açıqlama verib.

Sənətçi "ATV maqazin onlarla" proqramında aparıcı Ruslan Ağayevin "Şou-biznes kişilərinin ən mənfi cəhəti" sualına gözlənilməz cavab verib:

"Şou-biznesdə kişi azdı. Birliyimiz yoxdur".

Elton daha sonra sənət adamlarının mənfi xüsusiyyətlərindən danışıb:

"Zamiq Hüseynovla yola çıxmısansa, o, deyən olmalıdır. Kaprizlidir. Deyirsən ki, saxla, yemək yeyim, imkan vermir. Natavan Həbibinin isə mənfi cəhəti odur ki, yeməyi yoxdur.

Kərim Abbasov çox reaksiya verəndir. Təranə Səmədova ilə qalmaqalında o dərəcədə danışmasaydı yaxşı olardı. Səidə Sultana isə məsləhət görərdim ki, qalmaqallara qarışmasın. Onun qəşəng səsi var, sənətlə məşğul olsun"./axşam.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26