Interposta.Info

"Son dəqiqələrində anamın yanında ola bilmədim" - Bəhram Bağırzadə

Maqazin
 2-01-2021, 11:53     577

Xəbər verdiyimiz kimi ötən gün Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Bağırzadə koronavirusdan dünyasını dəyişib.

Əməkdar artist anasının vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib:

“Bu gün anamı itirdim... Koronavirus daha bir can aldı... Ancaq inanıram ki, o, ən yaxşı dünyadadır, çünki anam çox ləyaqətli bir həyat sürdü. Və uca Allahın qarşısında borcunu yerinə yetirdi - anam çox gözəl bir övlad, həyat yoldaşı, bacım və mənim üçün ən yaxşı ana idi və çox imanlı bir insan idi... “

Bəhram Bağırzadə böyük təəssüflə son günlərində anasının yanında ola bilmədiyini qeyd edib:

“Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim. Amma bilirəm ki, o, ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyirdi... Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada ananın duasından güclü bir şey yoxdur...

Allah rəhmət eləsin ... Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın... “

Xatırladaq ki, Bəhram Bağırzadə bir neçə gün öncə sosial şəbəkədə anasının komaya düşdüyünü, bunun üçün təcili qan lazım olduğunu bildirmiş, kömək üçün çağırış etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26