Təbrizli bəstəkar “Qarabağ marşı” yazdı (VİDEO)
Təbrizli gənc bəstəkar Ariya Torkanpur "Qarabağ Marşı” bəstələyib.
İnterPosta.info xəbər verir ki, "Qarabağ marş”ı (Karabakh March) bəstəkarın Yutub hesabında paylaşılıb. Bu haqda redaksiyamıza güneyli soydaşlarımız məlumat verib.
Bəstənin solisti Farhad Soltani, sözləri Azəryar Danişvərə məxsusdur. Balabanda Süleyman Əliyev, nağarada Sultan Hüseyn ifa edir.
Qeyd edək ki, Ariya Torkanpur Azərbaycanda musiqi təhsili alıb. İndilər Avstriyada yaşayır və yaradıcılığına davam edir./qaynarinfo
"Qarabağ marşı”nı təqdim edirik:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26