Interposta.Info

Mətanət İsgəndərli Diana Əhədpurun Bodrumdakı villasında (VİDEO)

Maqazin
 5-09-2020, 17:45     2 119

Bahalı libasları ilə gündəmə gələn azərbaycanlı biznes ledi Diana Əhədpur Əməkdar artist Mətanət İsgəndərlini evində qonaq edib.

"İnterPosta" "MediaPost”a istinadla xəbər verir ki, Bodrumdakı evində parti gerçəkləşdirən Diana videoları sosial media hesabında paylaşıb. Sənətçi gecədə qonaqlar üçün mahnılar oxuyub.

Qeyd edək ki, Diana Əhədpur əvvəllər model kimi fəaliyyət göstərib. O, iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailə qurub. Cütlüyün bir övladı var.

Onu da bildirək ki, D.Əhədpur son aylar şəhid Vüqar Sadıxovun üç övladını himayəsinə götürməklə gündəmə gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26