Interposta.Info

Həkim: “Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir”

Maqazin
 8-07-2020, 11:36     1 380

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir".

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bu gün əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı deyib.

Həkimin sözlərinə görə, Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanır.

“Huşu aydın, fəaldır. Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən farez, yəni durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”, - deyə, B. Musayev bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26