Interposta.Info

Nərgiz Cəlilovaya yeni vəzifə verildi

Maqazin
 2-06-2020, 15:41     788

Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb.

"İnterPosta" xəbər verir ki, News24.az-ın məlumatına görə, Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.

O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir.

Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26