Interposta.Info

Rəqsanə koronavirusdan ölən işçisindən yazdı: "10 yaşlı uşağı kimsəsiz qaldı"

Maqazin
 6-05-2020, 21:12     1 760

Müğənni Rəqsanə İsmayılova koronavirus pandemiyasına yoluxaraq həyatını itirən işçisindən yazıb.

O, instaqramda işçisi Mehparənin fotosunu paylaşaraq kədərləndiyini qeyd edib: “Sözün bitdiyi an, heç inana bilmirəm. 47 yaşında cavan gəlin... 10 yaşında körpəsi kimsəsiz qaldı. Üç ildən çoxdur ki, mənimlə çalışırdı”.

Rəqsanə restoranında çalışan xanımın 20 gündür işə gəlmədiyini, 3 gün xəstəxanada müalicə olunduğunu da bildirib.

Qeyd edək ki, sənətçi bir neçə gün öncə həyat yoldaşı Fazil Əmiraslanovla COVID-19 testindən keçib, nəticələr neqativ çıxıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26