Interposta.Info

Azərbaycanlı aktyorla aktrisa sevgili imiş... (FOTOLAR)

Maqazin
 18-03-2020, 11:16     645

Aktyorlar Aydan Axundzadə və İbrahim Çingiz birlikdə fotolarını paylaşaraq sevgili olduqlarını elan ediblər.

Axşam.az-ın əldə etdiyi məlumata görə, cütlüyün münasibəti bir neçə müddətdir davam etsə də, onlar bunu gizlətməyi üstün tutublar.

Ötən gün isə hər iki sənətçi eyni dəqiqələrdə səmimi fotolarını paylaşaraq "Bəs siz koronavirusdan necə qorunursuz?” şərhini yazıblar.

Aktyorların son zamanlar AzTV-nin Yeni il və Novruz bayramı ilə bağlı layihələrində sevgili obrazlarını canlandırması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, cütlüyə şərh yazan dostları da onlara xoşbəxtlik arzulayıblar.

Onu da bildirək ki, Əməkdar artist Çingiz Əhmədovun oğlu olan İ.Çingiz "Vicdan haqqı” serialı ilə məşhurlaşıb. O, hazırda Rövşən İsaxın ekranlaşdırdığı "Yuxu kimi” serialında rol alır. A.Axundzadə isə hazırda AzTV-də yayımlanan "1AzTV” proqramında aparıcılıq edir.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26