Interposta.Info

Qəzaya düşdüyü deyilən Vüqar canlı yayımda özündən çıxdı - VİDEO

Maqazin
 15-01-2020, 14:18     371

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Vüqar Muradov olub:

Müğənni, haqqında yayılan yalan qəza xəbərinə olduqca sərt reaksiya verib:

“Yaxşı ki, ailəmlə birlikdə o xəbəri eşitdim. Bütün jurnalistlər məni rahat buraxsınlar, haqqımda heç nə paylaşmasınlar. Narahat adamam, səbrim çatmır. Sevmirəm bu cür şeyləri. Şou-biznesdə də olsam ancaq oxumaq işinə baxıram. Qalmaqaldan, piyardan iyrənirəm, zəhləm gedir. Bir az da belə şeylər etsələr inanın ölkəni tərk edəcəm. Nə qədər axmaq, alçaq xüsusiyyətli olasan ki, ağzına gələni yazasan. Mənim əsəbimi korlayıb çörək yeyən adamı zəhər yesin. Səslənirəm bütün jurnalistlərə: haqqımda yaxşı və pis heç nə paylaşmayın. Məni müğənni gözündə görməyim. Ay qardaş istəmirəm. Xahiş də etmirəm, tələb etmirəm. Hansı mənim haqqımda nəsə yazsa bilirəm onu nə etmək lazımdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26